Cümə axşamı, 26 İyun, 2025

Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 25 İyun, 2025 - 14:31
Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.


İş yeri: 
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:
•       Ali tibbi təhsil
•       Sahə üzrə minimum 1 il iş təcrübəsi
•       Kompüter bilikləri: Microsoft Office – yaxşı

 Bacarıqlara dair tələblər:
·    Komandada işləmə bacarığı
·    Məsuliyyətlilik
·    İntizamlılıq
·    Dəqiqlik
·    Nəticəyönümlülük
·    Fikrini səlis ifadə etmək
·    Stressə davamlılıq


 İşin təsviri:
•       Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin qəbul edilməsi, baxılması və cavablandırılmasının təmin edilməsi;
·       Daxil olmuş müraciətin əlavə araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
·       Müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsi;
·       Vətəndaşların Çağrı xidməti şöbəsinə etdikləri müraciətində qaldırılan məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll olunması, pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı tədbirlərin görülməsi;
·       Müvafiq sahə üzrə qanunvericiliyin yüksək səviyyədə mənimsənilməsi;
·       İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
·       Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi;
·       İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşülməsi və əldə edilməsi;
·       TƏBİB-in tabeliyində olan müəssisə və təşkilatlarına şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlər ilə bağlı metodiki köməkliyin göstərilməsi;
·       Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi.
 Əlavə qeydlər:
• İş qrafiki: Növbəli iş

 Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Çağrı xidməti şöbəsi - mütəxəssis” qeyd olunmalıdır;
CV-lər 06 iyul, 2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 173
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 792
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 201
Sertifikatlaşdırmada...