Çərşənbə, 3 Sentyabr, 2025

Komanda koordinatorunun sağ əli (təcrübəçi) vakansiyası


  • Dərc edildi: 25 İyun, 2025 - 15:51
Komanda koordinatorunun sağ əli (təcrübəçi) vakansiyası

Təcrübə proqramı: Komanda koordinatorunun sağ əli (təcrübəçi)

 

Karyerana güclü bir başlanğıc et! 

 

Əgər özünü təşkilati işlərdə sınamaq, real iş mühiti ilə tanış olmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, bu təcrübə fürsəti sənin üçündür.

 

Səni dinamik bir komanda, öyrədici mühit və inkişaf imkanları gözləyir!

Vəzifə öhdəliklərin nələr olacaq?

 

- Komandanın gündəlik yazışmalarına və daxili kommunikasiya axınına dəstək olmaq

 

- Gələn zəng və sorğuların cavablandırılması, müvafiq yönləndirilməsinin təmin edilməsi

 

- Müştəri və tərəfdaşlarla nəzakətli və peşəkar ünsiyyət qurmaq

 

- Şirkət xidmətləri və məhsulları haqqında düzgün, aydın məlumat təqdim etmək

 

- Rəhbərlik və komanda üzvlərinin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

 

- Təşkilati və inzibati proseslərdə fəal iştirak etməklə real iş təcrübəsi qazanmaq

 

Namizəddən gözləntilərimiz:

 

- Ali təhsil müəssisəsinin sonuncu kurs tələbəsi və ya yeni məzun

 

- Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti

 

- Tapşırıqları diqqətlə dinləyən və məsuliyyətlə yerinə yetirən

 

- MS Office proqramları ilə (xüsusilə Word, Excel və Outlook) işləmə bacarığı

 

- Yüksək səviyyədə ingilis dili biliyi (Rus dili arzuolunandır)

 

- Yüksək motivasiya, təşəbbüskarlıq və öyrənməyə açıq yanaşma

 

  Səni nələr gözləyir?

 

- Peşəkar komandada təcrübə qazanmaq imkanı

 

- Real layihələrdə iştirak

 

- İnkişaf yönümlü və dəstəkləyici iş mühiti

 

- Uğurlu performans halında uzunmüddətli əməkdaşlıq perspektivi

 

  Müraciət üçün:

CV-ni mövzu hissəsində "Təcrübəçi" yazaraq [email protected] ünvanına göndər

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...