"Azərbaycan Supermarket" MMC Dizayn İşləri üzrə Mütəxəssis vakansiyasnı elan edir və təcrübəli namizədləri müraciətlərini yönləndirməyə dəvət edir. Vəzifə üzrə daha ətraflı məlumatlarla aşağıda tanış ola bilərsiniz: Vəzifə öhdəlikləri: · Layihələr üzrə çertyojların hazırlanması və sahələrdə tikintinin həmin çertyojlar üzrə aparılmasına nəzarət; · Divar açılışlarının və fasadların çertyojunun hazırlanlanması; · Layihə üzrə lazımı avadanlıqların, mağaza rəflərinin siyahısının çıxarılıb hazırlanması; · Layihənin müvəffəq həyata keçirilməsi üçün digər aidiyyatı departamentlərə sıx əlaqədə işləmək; · Tikinti işlərində layihə üzrə dizayndan kənara çıxmalara mütəmadi nəzarət etmək; · Texniki çizimlərin hazırlanması. Namizədə dair tələblər: · Ali təhsil (memarlıq və ya inşaat üzrə); · Autocad, Sketchup proqramlarında peşəkar işləmə bacarığı; · Memarlıqdizayn sahəsi üzrə minimum 3 illik iş təcrübəsinə malik olmaq; · Mexanika və elektrik işləri üzrə ümumi məlumata sahib olmaq; · Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklərə sahib olmaq; · Verilmiş təlimatlar əsasında layihə və dizayn işlərini zamanında yüksək keyfiyyətlə həyata keçirmək; · Komandayla çalışmağı bacarmaq, sürətli ve praktik olmaq; · Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq; · Azərbaycan və İngilis dilində sərbəst danışıq bacarığı. Maraqlanan namizədlər [email protected] email ünvanına "Dizayn İşləri üzrə Mütəxəssis" başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.