Şənbə, 19 İyul, 2025

E-kursların məzmununun təkmilləşdirilməsi və onların tədrisinin təşkilində yer ala biləcək tyutorlar axtarılır


  • Dərc edildi: 13 Fevral, 2022 - 06:13
E-kursların məzmununun təkmilləşdirilməsi və onların tədrisinin təşkilində yer ala biləcək tyutorlar axtarılır

Adı qeyd olunan platformada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilmiş “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap“ kimi kurslar yer alır.
ARTİ hal-hazırda qeyd olunan e-kursların məzmununun təkmilləşdirilməsi və onların tədrisinin təşkilində yer ala biləcək tyutorlar axtarışındadır.
Namizədlərə dair tələblər:
• Ali təhsil (magistr və doktorantura dərəcəsinin olması üstünlükdür);
• Uyğun mövzularda biliyin və peşəkar təcrübənin olması (e-kursların təşkili sahəsində təcrübə üstünlükdür);
• Məsuliyyətlilik;
• Koordinasiya və kommunikasiya bacarıqları;
• Məsafədən təhsillə bağlı bilik və bacarıqlar;
• Rəqəmsal platformalardan istifadə bacarığı;
• Mükəmməl Azərbaycan və ingilis dili bacarıqları.
Vəzifə öhdəlikləri:
• Kursların məzmununun nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
• Tədqiqat və innovasiya ilə bağlı e-kursların təşkilinə dəstək;
• Kurslara qeydiyyat keçmiş tələbələrə nəzarət etmək;
• Tələbələri məsafədən öyrənməyə həvəsləndirmək;
• Tələbələrin suallarını və müraciətlərini cavablandırmaq;
• Ev tapşırıqlarını yoxlamaq, müvafiq rəy və qiymətlər vermək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tyutorlardan e-kursların təşkil və tədrisində iştirak etmək üçün 3 ay ərzində həftəlik 5 saat vaxt tələb olunacaq.
Maraqlanan şəxslərdən öz CV-lərini tyutor olmaq istədikləri kursun adını başlıqda qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
____________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 2440
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1184
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 173
Bu gündən tələbələri...