Bazar ertəsi, 2 İyun, 2025

Həkim-terapevt vakansiyası


  • Dərc edildi: 1 İyun, 2025 - 02:12
Həkim-terapevt vakansiyası

Həkim-terapevt vakansiyası

 

Vəzifə: Həkim-terapevt

 

İş yeri: Şəmkir 

İş təcrübəsi: Minumum 3 il iş təcrübəsi

Təhsil: Ali tibb təhsili

 

Vəzifə öhdəlikləri:

-Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması;

-Stasionarda xəstəyə gündəlik baxışın keçirilməsi;

-Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməsi;

-Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımın göstərilməsi;

-Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etməsi;

-Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməsi;

-Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etməsi;

-Öz işinin planlaşdırılması və öz fəaliyyətinin göstəricilərini təhlil etməsi;

-Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməsi;

-Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edilməsi;

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edilməsi, mütəmadi olaraq öz ixtisasını artırılması;

-Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsinin təşkil edilməsi.

Tələblər:

-Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;

-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.

 Əmək haqqı: 2000-2400 AZN-dək.

Təminatlar:

-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;

-Kollektiv mükafat.

İş qrafiki: Həftədə 6 gün – qanunvericiliyin tələblərinə uyğun olmaqla

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə “Həkim-terapevt-Şəmkir” yazaraq CV göndərməklə müraciət edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...