FTP üzrə mütəxəssis layihə çərçivəsində inklüziv təhsilə cəlb olunmuş məktəblərə mütəmadi səfər edərək və onlayn şəkildə FTP-lərin tərtibində, tətbiqində və təkmilləşdirilməsində məktəb heyətinə və valideynlərə dəstək verəcək. Mütəxəssis, həmçinin korreksiyaedici pedaqoqlar üçün xüsusi təhsil sahəsində ixtisasartırma təlim proqramlarını hazırlayacaq və məktəblərarası təcrübə mübadiləsini təşkil edəcək.
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- Korreksiyaedici pedaqogika və xüsusi təhsil sahələrində səriştəlilik;
- Müvafiq sahədə təlimlərdə iştirak arzuolunandır;
- Təlimçi bacarıqlarının olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Microsoft Office proqramları ilə işləmə bacarığı;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
- Hesabatlılıq;
- Ölkədə inklüziv təhsilin inkişafına maraq.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslər CV-lərini 13.07.2022-ci il tarixinədək
[email protected] elektron poçt ünvanına “Fərdi Təlim Planları (FTP) üzrə mütəxəssis” başlığı altında göndərə bilərlər.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb