Bazar, 20 İyul, 2025

Feynman texnikasi ilə öyrənmək


  • Dərc edildi: 27 Yanvar, 2022 - 04:53
Feynman texnikasi ilə öyrənmək

FEYNMAN TEXNİKASI İLƏ ÖYRƏNMƏK   İş səmərəliliyinizi artıracaq gözəl bir texnika haqqında danışmaq istəyirəm. Feynman texnikası bizə bir şeyi bilməklə onu anlamaq arasındakı fərqi görməyə imkan verir. Feynman texnikasına görə, bir şeyin adını bilmək onu başa düşməyiniz demək deyil. Məşhur fizik Riçard Feynmanın adını daşıyan bu texnika dörd addım üzərində qurulub.   1) MÖVZUNU SEÇİN Mövzu seçməklə başlayıram. Bu, məni maraqlandıran və ya öyrənməli olduğum bir şey ola bilər. Dərhal bu mövzu üzərində işləməyə başlayıram və öyrəndiklərimi qeyd edirəm ki, məlumat yaddaqalan olsun.   2) MÖVZUNU BİLMƏYƏN BİRİNƏ İZAH EDİRMİŞ KİMİ ÖYRƏT Bu mərhələ çox vacibdir, çünki bir mövzunu izah edə bilirsinizsə, bu, onu başa düşdüyünüz deməkdir. Bu yolla biz də izah etmək qabiliyyətimizi təkmilləşdiririk. Mövzunu bilməyənə izah etmək daha çətindir, ona görə də mövzunu sadələşdirərək izah etməliyik. Feynmana görə, mövzunu sadə şəkildə izah edə bilməmək, mövzunu tam mənimsəməmək deməkdir.   3) GÖZDƏN KEÇİRİN VƏ ÇATIŞMAYAN TƏRƏFLƏRİ TAMAMLAYIN Çatışmazlığımı dərk edən kimi, əvvəlki addıma qayıtmalı və bu çatışmazlığı aradan qaldırmalıyam ki, yoluma düzgün davam edə bilim. Ona görə də çatışmazlıqları ört-basdır etməkdənsə, davam etməliyik.   4) ANALOGİYALARI TƏKMİL EDİN VƏ İSTİFADƏ EDİN Analogiya, ortaq bir şeyi olan iki şey arasında bənzətmə etməkdir. Öyrənməyə çalışdığımız məlumatlar bəzən çox mürəkkəb ola bilər və beynimiz bu məlumatları konkretləşdirməkdə çətinlik çəkə bilər və bu zaman bənzətmə işimizi asanlaşdıracaq.   Hazırladı: Edumap.az Təhsil Portalı

____________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3337
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1745
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 187
Bu gündən tələbələri...