“AT-GEOTECH” QSC olaraq geofiziki sahədə məlumatların emalı və hesabatların hazırlanması üzrə məsuliyyətli, diqqətli və öyrənməyə meyilli xanım əməkdaş axtarırıq. Bu vəzifə üzrə iş təcrübəsi tələb olunmur.
Vəzifənin adı: Geofizika üzrə assistent
Əsas vəzifələr:
Sahədən daxil olan texniki məlumatların qəbul edilməsi və arxivləşdirilməsi
Ölçmə nəticələrinin proqram təminatında işlənməsi (Excel və digər analiz proqramları vasitəsilə)
Standartlara uyğun hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Müvafiq sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və saxlanılması
Geofizik komandası ilə əlaqəli şəkildə işləmək
Zəruri hallarda texniki tərcümələrin və yazışmaların hazırlanmasında iştirak
Tələblər:
Geofizika, geologiya və ya əlaqəli sahə üzrə ali təhsil
MS Excel və ümumi kompüter proqramlarında sərbəst işləmə bacarığı
Analitik düşüncə və detallara diqqət yetirmək bacarığı
Məsuliyyətli, dəqiq və komandada işləməyə uyğun
İngilis dili biliyi – orta səviyyə (B1-B2)
Yaş həddi: 20–25
Əmək şəraiti:
İş rejimi: 5 günlük
İş saatları: 09:00 – 18:00
İş yeri: Xırdalan
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Müraciət üçün:
Tələblərə uyğun gələn xanım namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Geofizika üzrə assistent” qeyd etməklə [email protected] elektron ünvanına göndərsinlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb