Cümə, 8 Avqust, 2025

İnsan Resursları əməliyyatlar üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 7 Avqust, 2025 - 22:04
İnsan Resursları əməliyyatlar üzrə kiçik mütəxəssis vakansiyası

İnsan Resursları əməliyyatlar üzrə kiçik mütəxəssis vakansiyası

 

Namizəddən tələblər:

- Ali təhsilli olması; 

- Müvafiq vəzifədə iş təcrübəsi;

- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;

- ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformaları ilə sərbəst işləmə bacarığı;

- İşgüzar nitq və yazışma qabiliyyəti;

- Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;

- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

- MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.

 

Əsas vəzifə və öhdəliklər:

* Müvafiq kadr əmrlərinin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əmək haqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi;

* Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;

* Müxtəlif arayışların tərtib edilməsi;

* Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi və bu prosesin koordinasiya olunması;

* Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi;

* Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təqdim edilməsi;

 

İş şəraiti:

+ Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

+ 5 günlük iş rejimi;

+ Əmək haqqı - 700-900 azn;

 

​​​​​​​Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları üzrə kiçik Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5962
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1175
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 428
“İnnovativ məktəb” l...