Çərşənbə, 25 İyun, 2025

İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


  • Dərc edildi: 25 İyun, 2025 - 01:20
İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən  HR (İnsan Resursları) Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

 

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Ali təhsilli şəxslər  ( İnsan resursları sahəsində karyera qurmaq istəyənlər).
  •  HR sahəsində ilk addımlarını atmaq istəyənlər.
  • Aktiv və məsuliyyətli gənclər.

 

2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Əmək Qanunvericiliyi və Rəsmi Sənədləşmə:

  • Əmək müqavilələri.
  • İşçi hüquqları və vəzifələri.
  • İş saatları, məzuniyyətlər, əmək haqqı sistemi.
  • Əmas elektron sistemində əməliyyatlar.

B. İşə Qəbul (Recruitment & Selection):

  • Vakansiyaların hazırlanması və yerləşdirilməsi.
  • CV-lərin təhlili.
  • Müsahibə növləri və keçirilməsi qaydaları.
  • Namizəd dəyərləndirmə meyarları.

C. HR Texnologiyaları və Rəqəmsal Alətlər:

  • HRM proqramları ilə tanışlıq.
  • HR işlərinin avtomatlaşdırılması.
  • Elektron sənəd dövriyyəsi sistemləri.

D. Performansın Qiymətləndirilməsi və İşçi Motivasiya Sistemi:

  • KPI və performans göstəriciləri.
  • Qiymətləndirmə metodikaları.
  • Motivasiya üsulları və işçi məmnuniyyəti.

 

E. Karyera Planlaması və İşçi İnkişafı:

  • Karyera yolunun qurulması.
  • Təlim və inkişaf planları.
  • Talent management və işçi saxlama strategiyaları.

 

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 2 ay davam edəcək.
  • Təlim təcrübə proqramı  hər gün 4 saat və  həftədə 5 dəfə olacaq, ümumilikdə isə 176 saat olacaq.
  • 2 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir.
  • Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur.
  • Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  •  Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma.
  •  Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

 

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

https://forms.gle/tZV1Z7V5CRnZQvYi8

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 169
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 787
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 198
Sertifikatlaşdırmada...