Qrafik Dizayner üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı
"Vision Academy” tərəfindən təşkil olunan 4 aylıq Qrafik Dizayn üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Bu proqram sizə real layihələr üzərində işləyərək peşəkar təcrübə qazanmaq imkanı təqdim edir.
1) Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Qrafik dizayna marağı olan, öyrənmək və inkişaf etmək istəyən ali təhsilli şəxslər.
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Kompüterdə baza bilikləri olan namizədlər.
2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
A. Qrafik Dizayna Giriş:
▪ Kompozisiya və rəng nəzəriyyəsi.
▪ Brendinq və vizual üslub anlayışları.
▪ Kreativ düşüncə və eskiz hazırlığı.
B. Proqram Bacarıqları:
▪ Adobe Photoshop, Illustrator və InDesign-ın əsasları.
▪ Canva ilə sosial media dizaynları.
▪ Mockuplar, poster, broşur və vizitkart dizaynı.
C. Real Layihələrlə Təcrübə:
▪ Brend üçün loqo dizaynı.
▪ Sosial media üçün post şablonları.
▪ Portfolionun hazırlanması və təqdimat bacarığı.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 4 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla ümumilikdə 360 saat olacaq.
- 4 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Təcrübə -Real müştəri yönümlü tapşırıqlar.
- Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:
https://forms.gle/tZV1Z7V5CRnZQvYi8
Şirkət: Vision Academy
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt: www.visionacademy.az
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb