İnsan resursları üzrə təcrübəçi vakansiyası
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Səndən Nə Gözləyirik?
Ali təhsil (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə);
Əmək qanunvericiliyi bilikləri
İş təcrübəsi tələb olunmur;
Komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
İşçilərin iş qrafiki üzrə işə cəlb olunması zamanı davamiyyətlərinin yoxlanılması, şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi
Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.
Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək.
Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək, Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək , Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
Təcrübə müddəti:
3 ay (performansa əsasən uzadıla və ya iş təklifi ilə nəticələnə bilər)
İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
Nahar şirkət tərəfindən təmin olunur
Təcrübə müddəti ödənişlidir (maaşlı)
Müəssisə: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC / Qida-Agro MMC
İş yeri: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi (İmişli)" qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.