Çərşənbə, 4 İyun, 2025

İnformasiya Təhlükəsizliyi Departamentində Pentester vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 18 Aprel, 2022 - 07:10
İnformasiya Təhlükəsizliyi Departamentində Pentester vəzifəsi üzrə vakansiya

Bank Respublika ASC İnformasiya Təhlükəsizliyi Departamentində Pentester vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:  

  • Mütamadi olaraq “Penetration” testlərinin keçirilməsi;
  • Şəbəkə, server və proqram təminatlarının çatışmazlıqlarının aşkarlanması (vulnerability scanning);
  • Android, İOS və WEB tətbiqlərinin source code-larında çatışmazlıqların aşkar edilməsi;
  • Aşkar edilənboşluqlar və onların aradan qaldırılması üzrə hesabatların hazırlanması;
  • Boşluqların aradan qaldırılması üzrə İT heyəti ilə birgə işləmək;
  • Mütəmadi olaraq yeni hücum vektorları və zero-day boşluqları üzrə araşdırmaların aparılması.
  Namizədə qarşı tələblər:  
  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır
    ;
  • OWASP Top 10 üzrə biliklər;
  • Web tətbiqlərdə təhlükəsizlik boşluqlarının aşkarlanması (XSS, CSRF, SQLi, IDOR, Session management issues, etc.);
  • Şəbəkə və Mobil tətbiqlərin təhlükəsizliyi üzrə biliklər;
  • “Scripting” tipli dillər üzrə biliklər;
  • Windows, Active Directory və Unix/Linux təhlükəsizliyi üzrə biliklər;
  • Penetration Testing alətləri: Nmap, Burp, Metasploit, Fuzzing tools, SonarQube, Nessus, OWASP Zap və s. üzrə biliklər;
  • Dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Ünsiyyət qurma və komandada işləmə bacarığı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pentester qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...