Bazar, 20 İyul, 2025

“İrəli” komandası şəhid ailələri ilə görüşlərə davam edir


  • Dərc edildi: 27 Oktyabr, 2021 - 13:18
“İrəli” komandası şəhid ailələri ilə görüşlərə davam edir

“İrəli” komandası şəhid ailələri ilə görüşlərə davam edir   Keçən ilin bu günü Müzəffər Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi ilə bizi böyük qələbəyə aparan 44 günlük Vətən müharibəsində bir ay tamam olmuşdur. Bütöv Azərbaycan tarixinə şəhidlərimizin qanı sayəsində qızıl hərflərlə yazılan zəfər yaddaşımızın birinci il dönümü ilə əlaqədar “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və komandası Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə oktyabr ayı ərzində Sabirabad, Tovuz, Qazax, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala rayonunda yaşayan 20-dən çox şəhid ailəsi ilə görüşüb, Vətən müharibəsində öz canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olunub. Görüşlər zamanı qəhrəmanlarımızın xatirəsi anılıb, döyüş yolları ilə daha yaxından tanış olaraq, igid oğullarımızın gələcək nəsillərə örnək olması və şəhidlərimizin unudulmaması üçün görüləcək işlərdən və Azərbaycan gənclərinin üzərinə düşən öhdəliklərdən danışılıb. Qeyd edək ki, “İrəli” İctimai Birliyi tərəfindən ölkəmizin digər bölgələrində də qəhrəman şəhidlərimizin ailələri ilə görüşlərə davam etdiriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3357
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1770
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 188
Bu gündən tələbələri...