Çərşənbə, 4 İyun, 2025

İşsiz və işaxtaran şəxslərin nəzərinə!


  • Dərc edildi: 25 Aprel, 2022 - 11:30
İşsiz və işaxtaran şəxslərin nəzərinə!

İşsiz və işaxtaran şəxslərin nəzərinə! Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Saatlı rayonu Mədəniyyət Mərkəzində 7 may 2022-ci il tarixdə, saat 10:00-dan 17:00-a kimi "Açıq Qapı" günü keçiriləcək. “MKT İK” MMC-də aşağıdakı vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər qeyd olunan tarixdə Saatlı Mədəniyyət Mərkəzinə yaxınlaşa bilərlər. - Mühasibatlıq - İnsan resursları - Kargüzarlıq - Fəhlə (müxtəlif sahələr üzrə) - Aqronom - Elektrik - Energetik - Mexanik - Çilingər - Traktorçu - Laborant - Anbardar - Gözətçi “Açıq qapı” gününə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (cv.dma.gov.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə edə bilərsiniz. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır. Ünvan: Saatlı rayonu, H.Əliyev prospekti 127 (Saatlı Mədəniyyət Mərkəzi)

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...