Veysəloğlu Şirkətlər Qrupunda Kadr inzibatçılığı üzrə aparıcı mütəxəssis vakansiyası mövcuddur. İş yeri: Bakı Vəzifə funksiyaları: - Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad edilməsi və digər kadr-uçot işlərinin aparılması - İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq - Məzuniyyət, ezamiyyət, xəstəlik prosesinin idarəedilməsini həyata keçirmək - Əmək qanunvericiliyi ilə bağlı hesabatlarının hazırlanmasını təmin etmək - Əmək müfəttişliyi və ya digər orqanlara məktubların yazılmasını təmin etmək - Elektron Hökümət Portalında müvafiq qeydlərin aparılmasını icr
a etmək - Əmək kitabçalarına müvafiq qeydlərin aparılmasını icra etmək Vəzifə üzrə tələb olunan göstəricilər: - Müvafiq sahə üzrə minimal iş təcrübəsi: 3 il - Təhsil dərəcəsi: Bakalavriat - Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə) Əmək haqqı: Razılaşma yolu ilə Təminatlar: - İş yerinə nəqliyyat vasitəsilə çatdırılma; - Nahar ilə təmin edilmə. İş qrafiki: 5 günlük, 09:00-18:00 Uyğun olan namizədlər CV-lərini mövzu(subject) hissəsində “Kadr inzibatçılığı üzrə aparıcı mütəxəssis” yazaraq[email protected]ünvanına göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb