Cümə, 6 İyun, 2025

Kiçik Auditor vakansiyası


  • Dərc edildi: 18 Aprel, 2022 - 07:34
Kiçik Auditor vakansiyası

“Sumqayıt Texnologiyalar Parkı’’ MMC Kiçik Auditor vakansiyası elan edir. 2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən “STP” MMC-nin məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır. Özünə və peşəkarlığına güvənən, aşağıdakı tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: -Ali təhsil (İqtisadiyyat və ya hüquq sahəsi üstünlükdür); -Audit və biznes proseslər üzrə nəzəri biliklər; -Azərbaycan və ingilis dillərini bilməli; -Microsoft Office proqramlarını (excel və word) bilməli; -Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; -Ünsiyyət qurma bacarığı; -Məsuliyyətlilik. Hansı işləri görəcəksiniz: -Audit yoxlamalarında iştirak; -Yoxlama zamanı həyata keçirilən təhlillərin sənədləşdirilməsi; -Audit nəticələrinə dair hesabatların tərtib edilməsində iştirak; -Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi. Nə əldə edəcəksiniz? -Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; -Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi. Əlavə məlumatlar: -Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; -İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00; -İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kiçik Auditor” yazaraq 18.05.2022- ci il tarixinədək[email protected]ünvanına göndərilməsi xahiş olunur.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 103
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 284
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 81
Elm və təhsil naziri...