Mega Life Insurance Satış departamenti Korporativ satış şöbəsinə yeni komanda üzvlərini dəvət edir!
Vəzifə öhdəlikləri:
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyənləşdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyən olunması və uyğun sığorta məhsullarının təklif olunması;
- Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması;
- Şöbə üzrə iş effektivliyinin artırılması üçün proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Korporativ müştərilərə sığorta məhsullarının təqdimatı və satışı;
- Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
- Korporativ satışlarla bağlı mövcud və yeni müştərilərlə mütəmadi görüşlərin keçirilməsi.
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
İş şərtləri:
• Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə;
• İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
• İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
• Məzuniyyət: 30 gün əsas məzuniyyət + qanunvericiliyə uyğun əlavə məzuniyyət hüquqları.
İmtiyazlar:
• Karyera və peşəkar inkişaf üçün imkanlar;
• Peşəkar komandada işləmək imkanı;
• Tibbi sığorta təminatı;
• Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı;
Müraciət qaydası:
Müraciət üçün mövzu bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.