Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
Ali təhsil;
Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
Yüksək ünsiyyət bacarığı;
Analiz etmə, dəyərləndirmə bacarıqları;
Müstəqil və komandada işləmə.
Vəzifə öhdəlikləri:
İşçilərin şəxsi işlərini tərtib etmək;
Kadr, ştat, ezamiyyət, məzuniyyət, mükafat, töhmət, məzuniyyətdən geri çağırılma və digər əsaslarla bağlı əmrləri və tələb olunan sənədləri hazırlamaq;
İşçiləri arayışla, əmək haqqı və davamiyyət kartı ilə təmin etmək;
Elektron İnformasiya Sisteminə işçilərin müqavilələrini və müqaviləyə əlavələrini daxil etmək;
İşçilərin icbari sığorta əməliyyatlarını müvafiq elektron portaldan icra etmək;
SAP HR proqramına kadr məlumatlarını daxil etmək;
Kadr məzuniyyət balansını və illik məzuniyyət cədvəlini hazırlanmasında iştirak etmək;
İşçilərin davamiyyətini aparmaq, turniket üzərindən nəzarət etmək;
Bütün növ əmrlərin qeydiyyatını aparmaq;
İş qrafiklərinin struktur bölmə rəhbərləri tərəfindən təsdiqli nüsxəsinin təqdim edilməsinə nəzarət etmək;
Aylıq tabelləri tərtib edilməsində iştirak etmək;
Ofisdə yaranan problemlərlə bağlı müraciətləri araşdırmaq, səlahiyyəti çərçivəsində aradan qaldırmaq;
İşçilərin iş səfərləri zamanı viza və bilet almaq, mehmanxana rezervasiyası etmək;
İşçiləri korporativ nömrələr ilə təmin etmək və korporativ nömrələr ilə yaranan bütün problemləri həll etmək.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə.
İş yeri:
Bakı şəhəri, Həsən Seyidbəyli küç. 122, “Gümüş Plaza”
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində " İnsan resursları üzrə təcrübəçi" qeyd etməyiniz xahiş olunur.