Çərşənbə, 4 İyun, 2025

“Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vakansiyası


  • Dərc edildi: 6 İyul, 2021 - 05:35
“Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vakansiyası

“Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vakansiyası

  Əsas öhdəliklər:
  • Təşkilatın kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlərtoplusuna uyğunluğunu yoxlamaq;
  • Təqdim edilən investisiya layihələrinin (biznes planların) müəyyən edilmiş minimal tələblərə uyğunluğunu yoxlamaq;
  • Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və geniş təhlilini aparmaq, o cümlədən biznesə yerində ilkin monitorinq aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
  • Təşkilatın müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun layihələri qiymətləndirmək;
  • Layihə üzrə aparılan təhlilin nəticəsinə dair rəy hazırlamaq;
  • Əldə edilmiş məlumatları və təhlilin nəticələrini təşkilatın müvafiq məlumat bazasına daxil etmək;
  • Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
  • Daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq
    .
Namizədə dair tələblər:
  • Maliyyə, iqtisadiyyat və bank işi sahəsində ali təhsil;
  • 2 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
  • Banklarla və sahibkarlarla lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Komandada işləmək, yüksək kommunikasiya və təqdimetmə bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı;
  • ACCA (F7 və F9) və CFA (1-ci səviyyə) sertifikatlarının olması arzuolunandır;
  • MS Office (xüsusi ilə Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.
Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə[email protected]e-mail ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 215
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...