Şənbə, 7 İyun, 2025

Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 10 Dekabr, 2021 - 16:45
Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis vakansiyası

“Pizza Mizza” MMC-yə “Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis” tələb olunur. Vakansiya ilə bağlı son müraciət tarixi 30 yanvar 2022-ci il tarixidir. Tələblər: • Ali təhsil; • Layihələrin idarəolunması sahəsində nəzəri biliklər; • Hər hansı sahə üzrə 1 ilədək iş təcrübəsi; • Analitik düşüncə tərzi; • Təşəbbüskarlıq; • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərində sənədlərlə işləmək bacarığı olmalıdır; • Komandada işləmə bacarığı; • MS Office proqramlarını mükəmməl bilməlidir, xüsusilə, MS Project, MS Excel, MS Visio, MS Power Point; Vəzifələr: • Şirkət daxili layihələrin həyata keçirilməsinə köməklik etmək; • Bütün daxili layihələr üzrə sənədləşmənin qey

diyyatının aparılmasına və arxivləşdirilməsinə köməklik etmək; • Şirkət daxilində icra olunan layihələr üzrə aylıq statusların əldə olunması və rəhbər heyətə bu barədə məlumatın göndərilməsində köməklik etmək; • Gələcəkdə şirkətdə Scrum Master/Layihə üzrə koordinator kimi fəaliyyətni davam etdirmək. İş şəraiti: • İş saatları - 8 saat; • Nahar şirkət tərəfindən verilir; • Layihələrin idarə edilməsi üzrə xüsusi təlim proqramınına cəlb edilməsi; • Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq 500-600 AZN təyin olunacaqdır. Maraqlananlar CV-lərini “Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 117
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 293
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 83
Elm və təhsil naziri...