Cümə, 6 İyun, 2025

Masallıda "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsi yekunlaşıb


  • Dərc edildi: 16 Dekabr, 2021 - 18:18
Masallıda "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsi yekunlaşıb

Masallıda "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsi yekunlaşıb
Masallı rayonunda Banbaşı kənd tam orta məktəbində "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsi yekunlaşıb.
Layihə rəhbəri Pərvin Hüseynovanın verdiyi məlumata görə, layihənin məqsədi Masallı rayonun 5 məktəbində ibtidai siniflərin valideynlərini təlimatlandırmaq vasitəsilə valideyn – məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində model yaratmaqdır.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Həmçinin məktəb rəhbərliyi və valideynlər üçün layihə barədə təqdimat təşkil edilib.
Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.
Ümumiyyətlə layihə komandası valideynləri formal olmayan və yaradıcı ideyaların həyata keçirilməsinə təşviq ediləcəklər. Layihələr mütləq uşaqların tam şəkildə qoşulması təmin olunmalıdır. Layihələrdə əsasən faydalılıq, ibtidai təhsilin inkişafına dəstəkvericilik, daha çox valideynin cəlbi kimi meyarlar üstünlük təşkil edəcəkdir.
Valideynlər tərəfindən məktəbdə ideyalar icra olunub və “Ailə Məktəbi”ndə iştirak ilə bağlı valideynlər seçilib.
Seçimdən sonra valideynlər 4 günlük “Ailə Məktəbi” adlı təlimlərə cəlb olunublar.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edib.
Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmunun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 77
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...