Cümə, 6 İyun, 2025

“Merçendayzinq” üzrə təlimə müraciətlər qəbul edilir


  • Dərc edildi: 16 Sentyabr, 2021 - 06:29
“Merçendayzinq” üzrə təlimə müraciətlər qəbul edilir

Turizm və Sosial Ximətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi“Merçendayzinq” üzrə təlimə müraciətləri qəbul edir.

Merçendayzinq üzrə təlim zamanı iştirakçılar promo məhsulların, marketinq materiallarının və hədiyyələrin satış nöqtələrinə çatdırılması, şirkətlərin tələblərinə uyğun yerləşdirilməsi, onlara nəzarət, reklam edilməsi kimi müxtəlif istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılar işin birbaşa icra edildiyi məkanlara səfər etmək və təcrübə keçmək imkanı da əldə edəcəklər.Təlimlər hibrid formatda keçirilməklə, həm ənənəvi həm də onlayn şəkildə təşkil ediləcəkdir.

Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Əsas seçim meyarları:

Minimum tam orta təhsil;

Fikrini aydın izah etmək bacarığı;

Azərbaycan dilində səlis danışıq bacarığı;

Rus dili bilikləri üstünlükdür;

Ünsiyyət və təqdimat bacarıqları.

Təlimin müdddəti: 1 ay

Təlimlərdə iştirak ödənişsiz əsaslarla keçirilir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim ediləcək.

Müraciətləri 30 sentyabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsilə göndərə bilərsiniz:

🔗https://bit.ly/3kf0FhB

Sualınız yarandığı təqdirdə [email protected]ünvanına müraciət edə bilərsiniz.

Qeyd: Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsil mərkəzlərində keçirilən qısamüddətli təlimlərdən yalnız bir dəfə ödənişsiz əsaslarla yararlanmaq imkanı verilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 75
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...