Çərşənbə, 4 İyun, 2025

Motion dizayner üzrə vakansiya


  • Dərc edildi: 3 İyun, 2022 - 14:10
Motion dizayner üzrə vakansiya

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə Motion dizayner üzrə vakansiya elan edir. Biz nə təklif edirik: Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü; Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; Karyera irəliləyişlərində yaradılan şərait; Rəqabətədavamlı əmək haqqı. Bizim üçün uyğun namizəd: Ali təhsilli; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Qrafik dizayn proqramlarında işləmək bacarığının olması (Photoshop, Adobe Illustrator, Adobe InDesign, CorelDraw, After Effects, Adobe Premier); Motion dizayn sahəsində təcrübə və portfolio olması; Analitik, təqdimat və təşkilatçılıq bacarığının olması; Komandada işləmək bacarığının olması; Kreativlik,yaradıcı təxəyyülə malik olması; Ofis proqramlarında sərbəst işləmək bacarığının olması; Azərbaycan dili ana dili (ingilis dili biliyi üstünlükdür); Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti. Görəcəyiniz işlər: Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi; İnformativ və infoqrafik videoların hazırlanması; Sosial mediada paylaşılacaq postların dizaynının hazırlanması; Promo və çap məhsullarının dizaynının hazırlanması; Dijital trendlərin izlənməsi və iş prosesinə tətbiq olunması. Əlavə məlumatlar: İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi; İş vaxtı: 09:00 – 18:00; Müraciət qaydası: Vakansiyaya son müraciət tarixi: 24.06.2022-ci il; CV və portfolio [email protected]ünvanına göndərilməlidir; Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir; Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...