Cümə, 6 İyun, 2025

Müəllimə vakansiyası


  • Dərc edildi: 15 Oktyabr, 2021 - 13:35
Müəllimə vakansiyası

Müəllimə Tələb olunan iş Bacarığı: - Uşaqların tərbiyəsini, harmonik inkişafını təşkil edir, - Tədris tapşırıqlarının yerinə yetirilməsinə kömək edir, - Qrupda hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır, - Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir, - Tərbiyə işinin təşkili ilə bağlı aylıq, illik iş planı tərtib edir, - Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir, - Uşaqların davranışlarındakı dəyişikliklər və pozuntular, səhhətinin vəziyyəti barədə bağçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirir, - Uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır, - “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; - Əmək və ailə qanunvericiliyini; - Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını; - Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini; - Ümumi və xüsusi təhsil üzrə milli məzmun standartlarını, kurikulumu;

- Təlim-tərbiyə işinin təşkilini; - İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir. Tələb olunan təhsil və biliklər: - Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət); - 5 ildən 15 ilədək pedaqoji staj (arzuolunan bağça sahəsində) olmalı; - Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli; - Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli; - Komandada işləmək bacarığına sahib olmalı; - Yüksək ünsiyyət və analitik düşünmə bacarığı. Digər tələb və şərtlər: - Yaş həddi: 25-40 AZN - Əmək haqqı: 500-1200 AZN - İş rejimi: həftədə 5 gün, 07.00-dan 18.00-dək - Nahar bağça tərəfindən təmin edilir. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini[email protected]elektron ünvanına mövzu yerinə “Müəllimə” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...