Bazar ertəsi, 2 İyun, 2025

Müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib


  • Dərc edildi: 9 İyul, 2021 - 12:46
Müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib

Müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənərək vətəndaşların istifadəsinə verilib.   Bunun üçün Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əm
əkhaqqını hesablama imkanı əldə edəcəklər.   Müəllimlər “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.   Qeyd edək ki, yeni xidmətin yaradılmasında əsas məqsəd şəffaflığın və əlçatanlığın artırılmasıdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...