Çərşənbə, 4 İyun, 2025

UNEC professor-müəllim heyəti və tələbələr üçün məqalə müsabiqəsi keçirəcək


  • Dərc edildi: 9 İyul, 2021 - 12:48
UNEC professor-müəllim heyəti və tələbələr üçün məqalə müsabiqəsi keçirəcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilən məqalə müsabiqəsi elan olunub. UNEC-dənAZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi UNEC-in professor-müəllim heyəti və tələbələrinin dövlət müstəqilliyinin bərpası ilə bağlı dövri mətbuatda məqalələr dərc etdirmələrinin təşviqidir. Təqdim olunmuş məqalələr UNEC-də yaradılmış komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaq. Professor-müəllim heyəti üçün mükafatın məbləği I yer üzrə 500 manat, II yer üzrə 300 manat, III yer üzrə 200 manat, tələbələr üçün m

ükafatın məbləği I yer üzrə 300 manat, II yer üzrə 200 manat, III yer üzrə 100 manat müəyyənləşdirilib. Müsabiqədə iştirak etmək istəyənlər dövri mətbuatda nəşr etdirdikləri məqalələrin elektron variantını (word və ya pdf formatda) və məqalənin nəşr olunduğu saytın (rəsmi sayt olmalı) linkini və ya qəzet və jurnalların surə[email protected]ünvanına göndərməlidirlər. Məqalə 5-7 səhifə həcmində olmalıdır. Yalnız dövri mətbuatda nəşr olunmuş məqalələr müsabiqədə iştirak edə bilər. Məqalədə müəllifin adı və soyadı, professor-müəllim heyətinin çalışdığı kafedra, tələbənin təhsil aldığı fakültənin adı və qrupu qeyd olunmalıdır. Məqalələrin qəbulu sentyabrın 30-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 210
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 54
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...