Çərşənbə axşamı, 22 İyul, 2025

Ofis Meneceri vakansiyası


  • Dərc edildi: 22 İyul, 2025 - 11:16
Ofis Meneceri vakansiyası

Vakansiya: Ofis Meneceri

 

Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk! 

Bizim missiyamız – ödənişləri sürətli, rahat və təhlükəsiz etməkdir. Daima bazardan bir addım öndə olmaq üçün innovativ texnologiyalar tətbiq edir və qabaqcıl məhsullar yaradırıq. Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!

Biz kimi axtarırıq?

Əgər sən:

Aktiv, motivasiyalı və detallara diqqət yetirən birisənsə, biz səni axtarırıq! Bu, inzibati sahədə praktiki bilik və real iş təcrübəsi qazanmaq üçün əla fürsətdir.

 Səndən gözləntilərimiz:

• İşçi fayllarını və şəxsi məlumatları təşkil etmək və yeniləmək.

• Təlim və inkişaf proqramlarının təşkili və idarə olunmasında köməklik göstərmək.

• İnsan resursları ilə bağlı hesabatların hazırlanmasına dəstək olmaq.

• Ofisin ümumi fəaliyyətinin təşkili və idarə olunması.

• Ofis avadanlıqlarının və təchizatın təmin edilməsi və onların təmirinin təşkil olunması.

• Rəhbərlik üçün iclasların və görüşlərin planlaşdırılması və koordinasiyası.

• Ofis daxili inzibati qaydalara əməl olunmasına nəzarət etmək.

• Gələn qonaqları qarşılamaq və onlara istiqamət vermək.

• Telefon zənglərinə cavab vermək və zəngləri yönləndirmək.

• Elektron poçtların və yazışmaların idarə olunması.

• Qeydiyyat sənədlərinin hazırlanması və saxlanılması.

• Müxtəlif inzibati tapşırıqların yerinə yetirilməsi.

 

Tələblərimiz:

• Təhsil: Ali təhsil (üstünlük veriləcək).

• Rus dili- sərbəst

• Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı

 

Biz nə təklif edirik?

Peşəkar və dostcanlı bir komandada işləmək fürsəti və yeni biliklərə sahiblənmək imkanı!

 

Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.

 

YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 142
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 80
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4262
Sumqayıt Dövlət Univ...