Vəzifə öhdəlikləri:
Onlayn platformalarda pasiyentlərə ilkin tibbi konsultasiya təqdim etmək(sayt, mobil tətbiq, sosial media, chatbot və s.);
Onlayn pasiyent suallarına elmi əsaslara uyğun, ehtiyac halında alternativli cavab vermək;
Müayinə və əməliyyat detalları barədə bilgi vermək;
Bütün kanallar vasitəsi ilə daxil olan tibbi müraciətləri cavablandırmaq və sistemə düzgün şəkildə daxil etmək;
Tibbi şikayətləri e-konsultasiya formatında qəbul etmək və əlavə araşdırma tələb etdiyi halda uyğun komandaya yönləndirmək;
Tibbi məzmunun hazırlanmasında iştirak etmək;
Pasiyentlərlə canlı sessiyalarda iştirak etmək(Instagram Live, Zoom və s.);
Müştəri xidmətləri standartlarına uyğun xidmət göstərmək;
Mövcud xidmətlərin inkişafı üçün təkliflər vermək.
Namizəddən tələblər:
Ali təhsil (Tibbi, Sosial xidmət, Psixologiya və ya İdarəetmə sahəsi üstünlükdür);
Xəstəxana və ya pasiyentlərlə iş sahəsində (VIP, sığorta, poliklinika və s.) minimum 2 il təcrübə;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət;
MS Office proqramlarında yaxşı səviyyədə işləmə;
Tibbi qeydiyyat və informasiya sistemlərində işləmə bacarığı;
Tibbi terminologiyanı orta səviyyədə bilmək arzuolunandır;
CRM və daxili proqram təminatlarında təcrübə – üstünlükdür;
Yüksək ünsiyyət, analitik düşüncə, empatiya və nəzakətli davranış bacarığı;
Səbirli, stressə davamlı, təşəbbüskar, nəticə yönümlü və etibarlı yanaşma;
Komandada işləmə bacarığı;
Növbəli iş rejimində işləmək imkanı.
Təklif edirik:
Rəqabətli əmək haqqı;
Gənc və peşəkar komanda;
Karyera yüksəlişi imkanları;
Korporativ təlim imkanları;
İş şəraiti:
İş yeri: Batıgöz klinikası (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A)
İş qrafiki: 6 günlük
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq vəzifə və əmək haqqı kateqoriyası müəyyən olunacaq;
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “Onlayn tibbi consultant” qeyd edərək [email protected] e-mail ünvanına CV göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.