Bazar ertəsi, 2 İyun, 2025

Pedaqoji ixtisas üzrə təhsil alan tələbələrlə görüş


  • Dərc edildi: 28 Oktyabr, 2021 - 06:11
Pedaqoji ixtisas üzrə təhsil alan tələbələrlə görüş

Pedaqoji ixtisas üzrə təhsil alan tələbələrlə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji ixtisas üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Görüşün məqsədi pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.
Görüşdə çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə təşkilatın məqsəd və vəzifələri, tələbələrlə görüləcək aktiv işlər barədə ətraflı məlumat verib. R. Əsədzadə hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini söyləyib.
İndiki gənclərin dünyaya baxışı fərqlidir. Artıq gənclər təhsilin mahiyyətini başa düşürlər, nə istədiklərini anlayırlar. Bu gün əmək bazarında müasir və innovativ biliklər nəzərə alınır və tələb olunur. Azərbaycan gənclərinin şəxsi ambisiyaları vardır. Hazırkı təhsil də bunu qarşılamalıdır.
AGMA da bu istiqamətdə tələbələrdən başlayaraq inkubasiya sisteminin əsasını qoymaqla gələcək müəllimlərin formalaşmasında mühüm irəliləyişlərin olacağını hədəfləmişdir.
Həmçinin görüşdə tələbələrlə müəllimin pedaqoji bacarıqları, ideal müəllim, yaxşı tədrisin elementləri və müəllim imici kimi mövzular müzakirə edildi, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirildi.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...