Şənbə, 19 İyul, 2025

Peter Prinsipi...


  • Dərc edildi: 15 Yanvar, 2022 - 10:16
Peter Prinsipi...

Peter Prinsipi...

  Peter Prinsipi 1969-cu ildə kanadalı pedaqoq və sosioloq Laurens Piter və Raymond Hull tərəfindən “Peter prinsipi: Niyə işlər həmişə pis gedir” kitabında təqdim edilmişdir. Peter Prinsipinə görə, dövlət və ya özəl bir şirkətdə işləyən hər kəs bacarıqları ilə üst-üstə düşməyən vəzifəyə yüksəlməyə meyllidir. Çünki fərdlərin vəzifəyə yüksəlmələri iş üçün tələb olunan keyfiyyətlərə malik olub-olmamasından asılı olmayaraq, hazırkı işlərindəki performanslarına görə irəli çəkilirlər. Bütün təşkilati strukturlar üçün keçərli olan bu prinsip həm də gündəlik həyatımızda qarşılaşdığımız təşkilati səriştəsizliyin əsas mənbəyini təşkil edir. Çünki Peter Prinsipinə görə, proses zamanı hər bir vəzifəyə o vəzifəni layiqincə yerinə yetirə bilməyən insanlar təyin olunur. Beləliklə, iş yerləri çox vaxt tutduqları vəzifənin tələblərini yerinə yetirə bilməyən səriştəsiz insanlar tərəfindən görülməyə başlayır. Peterin fikrincə, bu həm də təşkilatda kadr artımının əsas səbəblərindən biridir. Nəticə etibarı ilə bu belə davam edəcək və “bürokratik yöndəmsizlik” və “səmərəsizlik” geniş vüsət alacaq. Hazırladı: Edumap.az Təhsil Portalı
____________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 2913
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1412
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 181
Bu gündən tələbələri...