Bazar, 8 İyun, 2025

Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu


  • Dərc edildi: 30 Noyabr, 2021 - 06:27
Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu

Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu
AGMA regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün “Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə forumu” nu təşkil edir.
Forum 11 dekabr 2021 –ci ildə Şəmkir rayon Kimya - biologiya təmayüllü Respublika liseyində keçiriləcək. Forumda Şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən gənc müəllimlər iştirak edəcəklər. Gənc müəllimlər təqdim olunacaq 5 təlimdən istəklərinə uyğun 2 təlimdən yararlana bilərlər.
Təklif olunan təlim istiqamətləri aşağıdakılardır:
- Netvörkinq bacarığı;
- Təqdimat bacarığı və natiqlik;
- Müəllimin innovativ bacarıqları;
- Sinfin idarə olunması;
- Çətin tərbiyə olunan şagirdlərlə iş.
Foruma qoşulmaq istəyən gənc müəllimlər Rayon Təhsil Şöbələrinə müraciət etsinlər!
Gənc müəllimlərin maariflənməsinə, özlərini inkişaf etdirməsinə, işlərini sevgi ilə görməsinə yardımçı olmaq bizim məqsədimizdir!
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 131
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...