Şənbə, 7 İyun, 2025

“Risk qrupunun böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 6 Sentyabr, 2021 - 11:01
“Risk qrupunun böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Risk qrupunun böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir. Əsas öhdəliklər: • Fondun risklərinin idarə olunması üzrə daxili qaydalar, prosedurlar və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət edilməsi; • Fondun fəaliyyətini əhatə edən bütün biznes proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə rəy verilməsi; • Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması; • Fondun struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması (məlumat bazasın yaradılması) və səbəblərinin araşdırılması; • Fondun riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi; • Əməliyyat risklərinin idarə olunması, minimalla�

�dırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi. Namizədə dair tələblər: • Maliyyə, iqtisadiyyat və ya bank işi sahəsində ali təhsil; • 2 ildən artıq bank və ya digər maliyyə institutlarında risklər sahəsində təcrübə; • Risklərin idarə edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər; • MS Office (xüsusilə Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; • Analitik qabiliyyət və riyazi düşüncəyə malik olması; • Komandada işləmək, yüksək kommunikasiya və təqdimetmə bacarığı; • Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyətlilik; • Rus və ingilis dili bilikləri üstünlükdür. Namizədlər öz CV-lərini mövzu hissəsində “Risk qrupunun böyük mütəxəssisi” qeyd etməklə[email protected]e-poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.09.2021

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 123
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...