Cümə, 6 İyun, 2025

Satınalma üzrəmenecer vakansiyası


  • Dərc edildi: 12 Aprel, 2022 - 07:21
Satınalma üzrəmenecer vakansiyası

“STP-AH” MMC– nin Satınalma şöbəsinə menecer vakansiyası elan edir. Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir. Bizim üçün ideal namizəd : -Ali təhsilli; -Analoji sahədə həmçinin istehsalat sahəsində ən azı 5 illik iş təcrübəsi olan; -Planlama qabiliyyətinin olması; -Bazar araşdırılması və analiz edilməsi; -Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı; -İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı; -Azərbaycan, rus vəingilis dillərini yüksək səviyyədə həm şifahi, həm də yazılı bilməlidir; -Texniki biliklərin olması arzuolunandır; -Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməlidir; Hansı işləri görəcəksiniz : -Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkil və icra etməli; -Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləməli; -Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli; -Potensial təchizatçıları araşdırıb məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli; -Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasını həyata keçirməli; -Rəhbərliyə bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatının təqdim edilməsi və təsdiqinin alınması; -Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); -Əsasən 2 istiqamədə: inzibati işlər və istehsalat, zavod məhsullarıüzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət etməli; -Satınalma prosesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli; -Ödəniş sorğularını həyata keçirməli, ödənişlərə nəzarət etməli; -Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi; -Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s. Əlavə məlumatlar : -Əmək haqqı razılaşma əsasında; -Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; -İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi; -İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrəmenecer” yazaraq 11.05.2022 il tarixinədək[email protected]ünvanına göndərmələri xahiş olunur.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 76
Elm və təhsil naziri...