Vəzifə üzrə əsas öhdəliklər:
• Məhsulların tanıtma işlərini təşkil etmək.
• Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatın verilməsi, müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
• Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
Məhsulları peşəkar şəkildə müştərilərə təqdim etmək və izah etmək.
Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
• Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
• Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
Vəzifə üzrə əsas tələblər:
• Ali və ya orta təhsil.
• Satış sahəsində iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük verilir)
• Satış prosesini və dinamikasını başa düşmək.
• Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
• Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
• Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
• Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir. Rus dilində danışıq üstünlükdür.
• Cinsi: kişi
İş şəraiti:
• İş qrafiki: Həftənin 6 günü;
• İstirahət günü: Bazar;
• Nahar şirkət tərəfindən verilir;
• Əmək haqqı razılaşma ilə + bonus
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.