“Sağlam Ailə” tibb mərkəzində SƏTƏM üzrə mütəxəssis vakansiyası aktivdir. Vəzifə və öhdəliklər: •İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi; • İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; • İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq; • İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək; • Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək; • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirilməsi; • Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparılması, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən hadisəni törədən səbəblərin müəyən edilməsi, hadisələrin bir d
aha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının həyata keçirilməsinə nəzarət edilməsi. Namizədə olan tələblər: ·Ali təhsil; ·Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi; ·MS Office proqramları, MS Excel peşəkar biliyi ·Stressə davamlı, məsuliyyətli və punktual. Şərtlər: ·AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; ·Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər; ·Əmək haqqı müsahibə əsasında razılaşdırılır; ·Şirkət daxili təlim və inkişaf imkanları. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb