Şənbə, 7 İyun, 2025

Sistem etibarlılığı üzrə Mühəndis vakansiyası


  • Dərc edildi: 3 Avqust, 2021 - 04:21
Sistem etibarlılığı üzrə Mühəndis vakansiyası

“PAŞA Bank” ASC olaraq İT əməliyyatları departamentində Sistem etibarlılığı üzrə Mühəndis kimi Sizi komandamıza dəvət edirik. Bizimlə Siz əldə edəcəksiniz: • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı • Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu İşiniz nədən ibarətdir? • Mövcudluq, gecikmə, performans, səmərəlilik və dəyişikliklərin idarə edilməsi; • Monitorinq, fövqəladə hala cavab vermə qabiliyyəti və həcmin planlaşdırılması; • Layihə mərhələsindən başlayaraq yerləşdirmə, əməliyyat və təkmilləşdirmə vasitəsilə xidmətlərin bütün mərhələlərində iştirak və onların təkmilləşdirilməsinə cavabdehlik; • Təşkilat üçün kod standartlaşma və avtomatlaşdırma prosesinin yaradılması; • Proqram relizləri, konfiqurasiyası, monitorinqinə cavabdehlik və bütün istehsal sisteminin komponentlərinə və infrastruktura dəstək; • Unix/Linux və Cloud platformalarında mövcud siste

mləri, xidmətləri və infrastrukturunun analizi və onların təkmilləşdirilməsi; • Çatdırılma vaxtı, kod keyfiyyəti və prosesin effektivliyinin təkmilləşdirilməsi üçün layihələrin planlaşdırılmasında iştirak; • Hadisələrə davamlı reaksiya təcrübəsinin tətbiqi və müzakirələrinin təşkili; • Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analizi; • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası. Sizdən nə tələb olunur? Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili İş təcrübəsi: Aidiyyatı sahə üzr minimum 3 il Lisenziya/ Sertifikat: RHCE, CKA Xarici dillər: İngilis dili Kompüter bilikləri: Linux OS family, WebLogic, JBOSS, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, EFK ,Terraform, CircleCi, Jenkins, Python, Go üzrə təcrübə Məhsul bilikləri: Agile və CI/CD, mənbəyə nəzarət vasitələri və yazı dili üzrə məlumatlı olmaq Bazar üzrə bilik: SRE və DevOps trendləri Digər : Komandada iş və analitik düşüncə bacarıqları Müraciət edin: Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Sistem etibarlılığı üzrə Mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 117
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 292
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 83
Elm və təhsil naziri...