“PAŞA Sığorta” ASC namizədləri Telesatış operatoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi; Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması; Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması; Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi. Tələb olunan bilik və bacarıqlar: Ali təhsil; Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır; Dil bilikləri: -Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazı
şma üslubu; -Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir); -İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər; Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması; Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı; Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı; Komanda ilə işləmək bacarığı. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi[email protected]ünvanına göndərin.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb