Sağlam Ailə tibb mərkəzi Qeydiyyatçıvakansiyası elan edir:
Vakant vəzifə haqqında:
- Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
- Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir;
- Sığorta təşkilatları vasitəsilə müraciət edən pasientlərin qəbulu və qeydiyyatını aparır;
- Pasiyentə imtina edilən xidmətlərin qeydiyyatını aparır;
- Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus dili biliyi - əla;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günü: 6 gün
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq
“Qeydiyyatçı”qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)
[email protected]elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb