Şənbə, 7 İyun, 2025

Animasiya sevərlərin, dizaynerlərin, rəssamların və bu sahədə karyera qurmaq istəyənlərin nəzərinə


  • Dərc edildi: 5 Sentyabr, 2022 - 09:41
Animasiya sevərlərin, dizaynerlərin, rəssamların və bu sahədə karyera qurmaq istəyənlərin nəzərinə

Animasiya sevərlərin, dizaynerlərin, rəssamların və bu sahədə karyera qurmaq istəyənlərin nəzərinə,

5-ci ANİMAFİLM Beynəlxaq Animasiya Festivalının nəzdində 11 sentyabr saat 12:00-13:30 aralığında Nizami Kino Mərkəzində Animasiyanın refreyminqi: Rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası konfransı keçiriləcək.

Spikerlər: Daniel Bird (Böyük Britaniya), Elçin Hami Axundov və Məsud Pənahi


Konfransda təkcə animasiyanın qorunub saxlanmasının deyil, həm də filmlərin rəqəmsallaşdırılması, remasterinq və bərpası haqqında danışılacaq.

Burada üç real animasiya bərpası araşdırmasından söhbət açılacaq: fransız əsilli polyak kinorejissoru Walerian Borowczyk-in (1923-2006) "İntibah" (Reneissance) filmi, “Azərbaycanfilm” kinostudiyasının "Cırtdan" (1969) adlı ilk animasiya filminin ikincisi (bərpası Kino Klassika Fondu tərəfindən maliyyələşdirilib, Fixafilm tərəfindən ic

ra olunub) və 1975-ci ildə itirilmiş və yalnız bu yaxınlarda tapılmış "Xoruz" filmi isə üçüncü araşdırma nümunəsi olacaq. 45 ildən sonra filmi müəllifin özü - Azərbaycan animasiyasının canlı əfsanəsi, "Tıq-tıq xanım" animasiya filminin rejissoru Məsud Pənahi təqdim edəcək.

Konfransda həmçinin, film nümayişindən sonra spikerlərlə müzakirə olacaq.

Nümayiş etdiriləcək filmlər:

1. Renaissance (İntibah), rejissor Walerian Borowczyk, Fransa

2. Jirtdan (Cırtdan), rejissor Yalçın Əfəndiyev, Ağanağı Axundov, Azərbaycan

3. Rooster (Xoruz), rejissor Məsud Pənahi, Azərbaycan


Giriş biletlədir. Biletin qiyməti 5 azn-dir. Bilet satışından əldə olunacaq bütün gəlir Qarabağ ərazisində ağac əkilməsinə sərf ediləcək.

Biletlər üçün link: https://tripsome.com/az/activities/4563262/animasiya-restavrasiyasina-dair-konfrans

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 112
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 287
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...