İsveçrəli rejissor Jonathan Laskarın ustad dərsi keçiriləcək.
Animasiya sevərlərin, dizaynerlərin, rəssamların və bu sahədə karyera qurmaq istəyənlərin nəzərinə,
5-ci ANİMAFİLM Beynəlxaq Animasiya Festivalının nəzdində 8 sentyabr saat 16:00-17:30 aralığında Nizami Kino Mərkəzində İsveçrəli animasiya rejissoru Jonathan Laskarın ustad dərsi keçiriləcək.
Jonathan Laskar öz işini təqdim edərkən təsviri incəsənət, musiqi və memarlıqdan keçməklə animasiya kinosuna gəldiyi dolayı yollar haqqında danışacaq. Bu gün o, əsasən texnik olaraq təkbaşına animasiya filmlərinin çəkilişinə köklənib. O, Georges Schwizgebel və Claude Luyet ilə əməkdaşlıqları barədə, həmçinin dünyanın ən böyük animasiya festivalı Annecy 2022-də mükafat qazanmış "Val" filmini yaratması səbəblərindən danışacaq.
Jonathan Laskar Bauhaus Universitetində (Weimar, Almaniya) təsviri sənət (Aix-en-Provence, Fransa) və memarlıq üzrə təhsil alıb.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb