Bazar, 8 İyun, 2025

Assistans mərkəzinin kiçik eksperti/assistenti vakansiyası


  • Dərc edildi: 30 Noyabr, 2023 - 15:48
Assistans mərkəzinin kiçik eksperti/assistenti vakansiyası

Vəzifə öhdəlikləri:

  • Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi;
  • Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi;
  • Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi;
  • Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması;
  • Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi;
  • Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;
  • Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək; 
  • Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;
  • Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək;
  • Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
     


Namizədə tələblər:

  • Ali və ya peşə təhsili;
  • Müvafiq vəzifədə 1 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan və Rus dilləri sərbəst bilikləri; İngilis dili biliyinə üstünlük verilir;
  • Microsoft Office bilikləri.


Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Dəqiqlik;
  • Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Analitik düşüncə tərzi;
  • Stressə davamlılıq.


Son müraciət tarixi: 29 dekabr, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 131
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...