Şənbə, 5 İyul, 2025

Daxili audit şöbəsinin müdiri vakansiyası


  • Dərc edildi: 1 İyul, 2025 - 11:08
Daxili audit şöbəsinin müdiri vakansiyası

Daxili audit şöbəsinin müdiri vakansiyası

 

Azərbaycan Biznesinin İnkişafı Fondu "Daxili audit şöbəsinin müdiri" vəzifəsi üzrə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

Fondun daxili nəzarət və audit proseslərinin effektivliyini təmin etmək;

Risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini nəzarətdə saxlamaq;

Fondun struktur bölmələrinin auditinin risk əsaslı illik planını hazırlamaq və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;

Fondun struktur bölmələrinin auditini təşkil etmək və audit zamanı aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları təfsilatlı şəkildə əks etdirən hesabatların hazırlanmasında iştirak etmək;

Fəaliyyət risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin minimallaşdırılması üçün təkliflər hazırlayaraq Müşahidə Şurasına təqdim etmək;

Daxili audit şöbəsinin fəaliyyəti və keçirilən yoxlamalara dair hesabatı İdarə Heyətinə və Müşahidə Şurasına təqdim etmək;

Daxili audit üzrə tərtib olunmuş hesabatda tövsiyə olunan tədbirlərin həyata keçirilməsinə nəzarəti təşkil etmək;

Kənar auditorlardan daxil olmuş sorğulara operativ və dəqiq cavab verilməsinə nəzarət etmək;

Maliyyə hesabatlarının qiymətləndirilməsinə dəstək göstərmək üçün kənar auditorları daxili audit nəticələri ilə təmin etmək;

Əsas nəticələri və ya narahatlıqları müzakirə etmək üçün rəhbərlik və kənar auditorlar arasında görüşlər təşkil etmək;

Kənar auditor tərəfindən təklif olunan tədbirlər və tövsiyələr əsasında fəaliyyət planları təqdim etmək;

Kənar audit nəticələrinin etibarlılığını artıran maliyyə məlumatlarının düzgünlüyünə və tamlığına zəmanət vermək;

Müxtəlif fəaliyyət və əməliyyatların uyğunluğunu təmin etmək üçün müvafiq normativ hüquqi aktlara və Fondun daxili qaydalarına riayət olunmasını yoxlamaq;

Daxili audit şöbəsinin fəaliyyətinə rəhbərlik etmək və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək;

Fəaliyyəti ilə əlaqədar əldə etdiyi xüsusi məlumatların məxfiliyini təmin etmək.

Namizədə dair tələblər:

Təhsil: Maliyyə, İqtisadiyyat, Hüquq və ya əlaqəli sahələr üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);

İş təcrübəsi: Audit, maliyyə idarəetməsi və ya əlaqəli sahələr üzrə azı 5 il iş təcrübəsi;

Texniki bacarıqlar: MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı.

 

  Bilik və bacarıqlar:

Beynəlxalq audit standartları üzrə biliklər (CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlardan hər hansı birinin olması üstünlükdür);

Analitik düşüncə və problem həlletmə bacarıqları;

Güclü ünsiyyət və idarəetmə bacarıqları;

Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dili bilikləri üstünlükdür).

Vakansiyaya müraciət etmək istəyən namizədlər [email protected] ünvanına CV göndərə bilərlər. Məktubun mövzu sətrində “Daxili audit şöbəsinin müdiri” qeyd olunmalıdır.

Son müraciət tarixi: 31.07.2025

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 186
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 76
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 265
Məktəbəhazırlıq qrup...