Şənbə, 5 İyul, 2025

"Ssenarilərin yazılmasının avtomatlaşdırılması" Vörkşopu (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 5 İyul, 2025 - 00:00
"Ssenarilərin yazılmasının avtomatlaşdırılması"  Vörkşopu (ÖDƏNİŞSİZ)

İdeya tapmaq, onu yazıya çevirmək, başlıq düşünmək və montaja uyğun ssenari qurmaq – kontent yaradıcılarının, müəllimlərin, prodüserlərin və bir çoxumuzun hər gün qarşılaşdığı bu proses nə qədər vaxt aparır, düşünmüsünüz?

 

 Yaxşı xəbər odur ki, artıq bu mərhələləri daha sürətli, daha sistemli və süni intellektin dəstəyi ilə avtomatlaşdırmaq mümkündür.

Necə? Bunu bu workshopda birlikdə öyrənəcəyik!

 

 Spiker: Aynur Fərəcova

Praktiki və real nümunələr üzərində işləyəcəyimiz bu sessiyada siz:AI ilə yaradıcı ideya generasiyasını,

 Montaja uyğun ssenari quruluşunu,

 Video və kontentlər üçün ağıllı yazı strategiyalarını addım-addım öyrənəcəksiniz.

 

 Kimlər iştirak etməlidir?

– Kontent yaradıcıları və sosial media menecerləri

– Montajçılar, video prodüserlər və YouTube creator-lar

– Müəllimlər, təlimçilər və EdTech sahəsində çalışanlar

– Ssenaristliyə və süni intellektə marağı olan gənclər

– Yazı ilə işləyən hər kəs: bloqçular, reklamçılar, startap komandaları, təqdimat hazırlayanlar və s.

 

 Kompüterinizi götürməyi unutmayın – birlikdə işləyəcəyik.

Ssenari yazımını daha ağıllı, daha yaradıcı və daha sürətli hala gətirməyə hazırsınız?

 

 Tarix: 24 iyul 2025, saat 19:00

 Ünvan: Yaradıcı Mərkəz

 Qeydiyyat

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 189
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 78
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 267
Məktəbəhazırlıq qrup...