Caspian Event Organisers şirkəti “Layihə meneceri” vakansiyası elan edir. İş barədə: • İllik layihələrin satışı və təşkili • Potensial müştərilərlə ünsiyyət (zənglər, görüşlər) • Müvafiq sənayenin monitorinqi və təhlili • Marketinq şöbəsi ilə birlikdə layihələrin təhlili • Materialların hazırlanmasına nəzarət edilməsi • İştirakçılar, potensial müştərilər, dövlət dəstəyi qurumları, tərəfdaşlarla etibarlı uzunmüddətli əlaqələrin qurulması • Keçmiş sərgi haqqında hesabatın hazırlanması (qiymətlər, iştirakçıların siyahısı) • Sərgi konsepsiyasının hazırlanması • Sərgi çərçivəsində tədbirlərin məzmunu üzərində iş • Görüşlərin keçirilməsi (strategiya və logistika) • Sponsorluğun və reklamın satışı üçün şirkətlərin siyahısının hazırlanması • Partnyorlarla həftəlik iş, satışların izlənməsi • Sponsorluğun, reklamların və əlavə reklamların satışı • Xaricdəki sərgilərdə iş, ezamiyyət hesabatının tərtib edilməsi • Həftəlik iş planının və hesabatının hazırlanması • Reklam kampaniyasının yoxlanılması və ziyarətçiləri cəlb etmək üçün planın hazırlanması • Sərgi ilə bağlı mətbuat konfransında təqdimat • Müştərilərlə iş üzrə menecerin işinin gündəlik monitorinqi (ödənişlərin və müqavilələrin yoxlanılması, saytın yoxlanılması) • Texniki şöbə ilə həftəlik iş • Sərgidə iştirakçılarla iş və koordinasiya Tələblər: • Humanitar/İqtisadi sahə üzrə bakalavr ali təhsili; • Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), Internetdə işləmə bacarığı); • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli; • Satış sahəsində 2-5 il iş təcrübəsi olmalı; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə meneceri”yazaraq[email protected]elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq. Şirkət haqqında “Caspian Event Organisers” (CEO)şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır.