Cümə, 8 Avqust, 2025

Layihələrlə iş üzrə koordinator vakansiyası


  • Dərc edildi: 24 İyul, 2021 - 11:22
Layihələrlə iş üzrə koordinator vakansiyası

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinə layihələrlə iş üzrə koordinator vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Sosial yönümlü təkliflərin verilməsi;
Korporativ sosial məsuliyyət proqramlarının təşkili və nəzarəti;
Siniflərin yerləşdiyi məktəblərlə şagirdlərin ideyalarına uyğun sosial layihələr həyata keçirmək və təşviq etmək;
Layihənin əhatə etdiyi bölgələrdə fəaliyyət göstərən özəl və ya dövlət müəssisələrlə əlaqələrin qurulmasına dəstək;
Şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə qısa və uzunmüddətli təcrübə keçmələri üçün müəssisələr tapmaq və təcrübə imkanları təşkil etmək;
Partnyor portfeli hazırlamaq;
Şagirdlərin yaradıcılıq və şəxsi inkişaf ilə bağlı digər işlər.
Tələblər:
Ali təhsil;
Özəl sektorda minimum 2 il iş təcrübəsi;
Sosial layihələrdə iş təcrübəsi;
Komanda ilə işləmə bacarığı;
Kommunikasiya bacarığı;
Təşkilatçılıq bacarığı;
Nəticələrə əsaslanan idarəetmə və hesabat vermə bacarığı;
Azərbaycan dilində rəsmi üslubda yazmaq və səlis danışmaq bacarığı.
İş şərtləri:
İş vaxtı 09:00-18:00
5 günlük iş qrafiki (şənbə və bazar günləri, iş günü olmayan xüsusi günlər qeyri- iş günləridir)
Qeyd edilən tələblərə uyğun gələn şəxslərin CV-lərini [email protected] elektron poçt ünvanına “Dövlət-özəl tərəfdaşlığı üzrə mütəxəssis” başlığı altında göndərməyi xahiş olunur.
Yuxarıda göstərilən tələblərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır.
Müraciət üçün son tarix: 31 iyul, 2021-ci il.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6027
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1195
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 438
“İnnovativ məktəb” l...